Dövlət Miqrasiya Xidməti BDU-da maarifləndirici seminar keçirib

11/03/2015

Bakı Dövlət Universitetində Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev və idarənin digər əməkdaşlarının iştirakı ilə maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Baş İdarə rəisi İsmayıl Abdullayev Dövlət Miqrasiya Xidmətinin tarixi və fəaliyyəti haqqında ümumi məlumat verib, xarici vətəndaşların Azərbaycan ərazisində yaşadıqları müddət ərzində sənədləşmə qaydalarını izah edib.
Sonda Baş İdarə rəisi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Mətbuat və İnformasiya şöbəsi, 11 mart 2015-cü il.

Bookmark and Share