E L A N
09/11/2022
15 noyabr 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-ci audıtorıyada elmi seminar keçiriləcəkdir. Seminarda “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Miqdad İmdad oğlu İsmayılov “Qrand Lebeq fəzalarında çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərin defekt bazisliyi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə qrand Lebeq fəzalarının sürüşmə operatorunun doğurduğu alt fəzalarında çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərin tamlığı, minimallığı və bazisliyi haqqında məlumat verilir. Burada həmçinin qeyd edilən sistemlərdən ixtiyari elementi atdıqdan sonra alınmış sistemin tamlığı və minimallığı üçün zəruri və kafi şərt teoremləri gətirilir. Göstərilir ki, çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərdən ixtiyari elementi atdıqdan sonra alınmış sistem qrand Lebeq fəzaların sürüşmə operatorunun doğurduğu alt fəzasında bazis əmələ gətirmir.