E L A N

15/06/2022

21 iyun 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda “Cəbr və həndəsə” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Bayramov Sədi Əndam oğlu “Bipolyar soft  topoloji  fəzalar” mövzusunda məruzə edəcəkdir.

Məruzədə topoloji və soft topoloji fəzaların ümumiləşməsi olan bipoylar soft topoloji fəzalar veriləcək. Bu fəzalarda ayırma aksiomları, kompaktlıq, lokal kompaktlıq, parakompaktlıq kimi xassələr araşdırılacaq və topoloji fəzalarla əlaqə qurulacaq.

Bookmark and Share