E L A N

30/11/2020

107dekabr 2020-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcək. Vebinarda “Riyazi analiz” kafedrasının dosenti, riyaziyyat elmləri doktoru Rəşid Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirdə hamarlıq problemi” mövzusunda məruzə edəcəkdir.

Çoxdəyişənli funksiyaların Ridge funksiyaları ilə approksimasiyalarının kompüter tomoqrafiyasına, riyazi statistiskaya, habelə maliyyə, tibb, maşınqayırma, geologiya, fizika, proqnozlaşdırma, təsnifat və idarəetmə məsələlərində geniş istifadə olunan neyron şəbəkələrə geniş tətbiqləri var. Məruzədə ridge funksiyaları haqqında ətraflı məlumat və ridge funksiyaların cəmi şəklində göstərilişin hamarlığı haqqında məşhur israil riyaziyyatçısı A.Pinkus tərəfindən qoyulan problemin həlli veriləcəkdir.

Bookmark and Share