E L A N

05/01/2023

10 yanvar  2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Ali riyaziyyat kafedrasının dosenti, f.r.e.n. Sevda Elxan qızı İsayevaFokuslanmamış qeyri-xətti mənbələrlə olan hiperbolik tənliklər üçün akustik qoşmalıq şərtli qarışıq məsələnin həllərinin tədqiqi mövzusunda məruzə edəcəkdir.

Məruzədə fokuslanmamış qeyri-xətti mənbələrlə olan hiperbolik tənliklər üçün akustik qoşmalıq şərtli qarışıq məsələyə baxılacaqdır. Bu məsələnin həllinin varlığı və yeganəliyi haqqında teorem isbat olunacaqdır. Daha sonra baxılan məsələnin doğurduğu yarımqrupun məhdud uducu çoxluğa malik olması və bu yarımqrupun asimptotik kompaktlığı göstəriləcəkdir. Yekunda baxılan məsələnin minimal qlobal attraktorunun varlığı haqqında nəticə əldə ediləcəkdir.

Bookmark and Share