E L A N
02/06/202207 iyun 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir.
Seminarda Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Yusif Mammadali oğlu Sevdimalıyev “Neytron seli altında cisimlərin və nazikdivarlı konstruksiya elementlərinin sürüncəklikdə qabarması” mövzusunda məruzə edəcəkdir.
Xüsusi maşınqayırma sahələrində, uçan obyektlər olan raket, kosmik texnika və aparatlar, təyyarə və digər aviakonstruksiyalarda sürüncəklik (creep) prosesinin müxtəlif formalarının yaranmasının analizinə maraqlar artmaqdadır. Yüksək temperatur, böyük təzyiq altında konstruksiyaların, qurğu, maşın və mexanizmlərin yük götürmə qabiliyyətinin və möhkəmliyinin gərginlik-deformasiya vəziyyətinin(GDV) analizi nəticəsində qiymətləndirilməsi və istismar resurslarının reqlamentləşdirilməsi neytron seli ilə şüalandırılan və ətraf mühitdə kimyəvi aqressivliklər nəzərə alınmaqla sürüncəklik prosesində konstruksiya elementlərinin yükdaşıma qabiliyyətinin qiymətləndirilməsi məsələsi bütöv mühit mexanikasının prinsipləri və teoremlərinin tətbiqi ilə qarışıq tipli variasiya prinsipinin tətbiqi ilə araşdırılır.Cisimlər və konstruksiyaların sürücəkliyə məruz qaldığı hallarda variasiya teoremi isbat edilir, müxtəlif konstruksiya elementləri üçün variasiya hesabının birbaşa üsullarının tətbiqi və bu teoremin köməyi ilə məsələlər həll edilir.3D nəzəriyyələri ilə GDV təyin olunması qeyri-bircins(inhomogen) anizatrop elastikiplastik cisimlərin kiçik deformasiyalarda neytron seli ilə şüalandırması halı üçün variasiya üsulu təklif edilmişdir.Kompozit materiallar üçün heterogen mühitdə fazaların sərhədləri aşkar olduqda variasiya teoreminin modifikasiyası verilmişdir.