E L A N

18/01/2023

24 yanvar  2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Funksialar nəzəriyyəsi və funksional analiz dosenti, r.e.d. Telman Benser oğlu QasımovAdi diferensial operatorların məxsusi funksiyaları üzrə biortoqonal ayrılışların yığılma məsələləri mövzusunda məruzə edəcəkdir.

Məruzədə adi diferensial operatorların məxsusi və qoşulmuş funksiyalarının müxtəlif funksional fəzalarda bazislik xassələri və bunları tədqiq etmək üçün mövcud metodlar haqqında danışılacaqdır. Eyni zamanda müəllifin son dövrlərdə kəsilmə nöqtəsinə malik və kəsilmə şərtinə spektral parametr daxil olan diferensial operatorların məxsusi funksiyalarının bazisliyinə dair aldığı nəticələr haqqında məlumat veriləcəkdir.

Bookmark and Share