E L A N
07/02/202314 fevral 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, aparıcı elmi işçi, f.r.e.n. Əbdürrəhim Fərman oğlu Quliyev “İstilikkeçirmə tənliyi üçün Dirixle məsələsinə nəzərən sərhəd nöqtəsinin müxtəlif terminlərdə requlyarlıq meyarları” mövzusunda məruzə edəcəkdir.
Məruzədə İstilikkeçirmə tənliyi üçün Dirixle məsələsinə nəzərən sərhəd nöqtəsinin requlyarlığının həm potensial, həm də tutum terminlərində və zaman oxuna nəzərən fırlanmada simmetrik oblastlar üçün Petrovski tip integral meyarları haqqında danışılacaqdır.