E L A N
08/02/202215 fevral 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əli oğlu Əliyev “Kompleks parametrli ikinci tərtib elliptik tip diferensial-operator tənliklər üçün operator sərhəd şərtli sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə edəcəkdir.
Məruzə sərhəd şərtlərinin birində xətti qeyri-məhdud operator iştirak edən halda, H separabel Hilbert fəzasında kompleks parametrli ikinci tərtib elliptik tip diferensial-operator tənliklər üçün bir sərhəd məsələsinin həll oluna bilməsi məsələlərinə həsr olunur. Alınan absrakt nəticələrin elliptik sərhəd məsələlərinə tətbiqi göstərilir.