E L A N
15/10/202225 oktyabr 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı
auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Cəbr və həndəsə kafedrasının dosenti, həmin kafedranın elmlər doktoru proqramı üzrə doktorantı f.-r.e.n. Habil Fəttayev “Koreper laylanmasında müxtəlif Riman metrikaları, onlarla əlaqəli bəzi strukturlar” mövzusunda çıxış edəcəkdir.
Məruzədə diferensiallanan çoxobrazlının koreper laylanması, bu laylanmada bəzi diferensial-həndəsi strukturları, şaquli və horizontal liftləri, adaptə olunmuş reper haqqında məlumat veriləcək, Sasaki metrikası, laylanmanın laylarında bircinslik şərtini ödəyən modifikasiyası (metrikanın bircins lifti) , Çiyer-Qromol metrikası ilə bağlı məsələlər şərh olunacaq, bu metrikalarla əlaqəli meydana çıxan afinor strukturları, o cümlədən sanki kompleks və sanki parakompleks strukturlar, onların inteqrallanma şərtlərindən bəhs olunacaqdır.