E L A N
15/12/202121 dekabr 2021-ci il saat 12:00-da Mexanika-riyaziyyat fakültəsində elmi seminar keçiriləcəkdir. Seminarda “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Şakir Şıxı oğlu Yusubov “Dominant qarışıq törəməli tənliklər üçün lokal və lokal olmayan sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir.
Məruzə dominant qarışıq törəməli müxtəlif tərtibli diferensial tənliklər üçün qoyulmuş lokal və lokal olmayan sərhəd məsələlərinin korrekt həll olunmasına həsr olunur.