E L A N
18/03/202229 mart 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-ci auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor Fərman İmran oğlu Məmmədov “Cırlaşan parabolik tənliklərin bəzi keyfiyyət xassələri haqqinda” mövzusunda məruzə edəcəkdir.
Məruzədə cırlaşan ikinci tərtib xətti divergent parabolik tənliklər üçün həllər ailəsinin Hölder normasında məhdudlugu və Harnak bərabərsizliyi ilə əlaqədar nəticələrdən bəhs ediləcək. Bu istiqamətdə hansi önəmli nəticələr alınmışdır, bizim tərəfimizdən hansı yeni nəticələr alınıb və bu mövzuda açıq qalan məsələlər haqqında məlumatlar veriləcək.