E L A N

20/04/2022

26 aprel 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-ci auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda  Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nəzəri fizika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri doktoru Əhmədov Azər İnşalla oğlu “Kulon tip tenzor qarşılıqlı təsiri nəzərə alınmaqla Hülten və Yukava sinif potensiallarının cəmi üçün Dirak tənliyinin əlaqəli hallarının analitik həlli” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Hülten və Yukava sinif potensiallarının kombinasiyasından ibarət mürəkkəb potensiallı sahədə hərəkət edən relyativistik zərrəcik üçün Kulon tenzor qarşılıqlı təsiri nəzərə alinmaqla Dirak tənliyinin dəqiq spin və  psevdo spin  simmetriya halları üçün  adi və supersimmetrik kvant mexanikasında analitik şəkildə həll edilməsi göstəriləcək. Hər iki halda zərrəciyin enerji spektri və spinor funksiyaları üçün analitik ifadələr tapılacaq. Zərrəciyin spinor  funksiyalarının Jakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə edilməsi haqda danışılacaq. Normallanma sabiti üçün  analitik ifadə tapılacaq. Göstəriləcək ki, hər iki kvant mexanikasında alınan analitik ifadələr mütləq üst-üstə düşürlər. Enerji spektrlərinin və spinor funksiyalarının kvant ədədlərinin müxtəlif qiymətləri üçün ədədi qiymətlər hesablanacaq. Həmçinin göstəriləcək ki, tenzor qarşılıqlı təsirinin nəzərə alınması hər iki simmetriya halında enerji səviyyələrində yaranan ikiqat cırlaşma tamamilə aradan qalxmış olur. Alınan analitik ifadələrdən relyativistik və qeyri-relyativistik limitlər hesablanacaq.

Bookmark and Share