E L A N
19/05/202224 may 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Şirmayıl Həsən oğlu Bağırov “Bəzi yarımxətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllərinin varlığı” mövzusunda məruzə edəcəkdir.
Məruzədə sonsuz oblastda bəzi yarımxətti elliptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin varlığı məsələsinə baxılacaq. Qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılacaq və misallar üzərində alınan şərtlərin dəqiqliyi göstəriləcək.