E L A N
12/11/202123 noyabr 2021-ci il saat 12:00-da Mexanika-riyaziyyat fakültəsində növbəti ümumi elmi seminar keçiriləcəkdir. Seminarda “Hesablama riyaziyyatı” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Vaqif Rza oğlu İbrahimov “Xüsusi struktura malik II tərtib adi diferensial tənlik üçün Koşi məsələsinin ədədi həllinə hibrid tip çoxaddımlı üsulların tətbiqi ” mövzusunda məruzə edəcəkdir.
Məruzə II tərtib xüsusi struktura malik adi diferensial tənlik üçün Koşi məsələsinin ədədi həllinə həsr olunur. Məlumdur ki, bu tip məsələlərin həlli üçün populyar üsullardan biri Ştermer-Verlet üsuludur. Bu üsulun dəqiqlik dərəcəsini artırmaq məqsədi ilə Ştermer-Verlet tipli hibrid üsullar qurulmuş, onların dəqiqliyinin ən böyük qiyməti dayanıqlı və dayanıqlı olmayan üsullar üçün müəyyənləşdirilmişdir.