E L A N
20/10/202126 oktyabr 2021-ci il saat 12:00-da Mexanika-riyaziyyat fakültəsində elmi seminar keçiriləcəkdir. Seminarda “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Miqdad İmdad oğlu İsmayılov “Separabel olmayan Banax fəzalarında freymlər və Riss bazisləri haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə separabel Hilbert fəzalarında Bessel, Hilbert ardıcıllıqlarının, freymlərin və Riss bazislərin separabel olmayan Banax fəzalarında skalyar sistemlərin Banax fəzalarına nəzərən ümumiləşmələri haqqında məlumat verilir. Burada separabel olmayan Banax fəzalarında separabel olmayan skalyar sistemlərin Banax fəzasına nəzərən qeyri hesabi -Bessel, -Hilbert sistemləri, -freymlər və -Riss bazisləri anlayışları verilir, bu anlayışların xarakterizasiyaları və aralarındakı əlaqələrlə əlaqədar teoremlər gətirilir.