ELAN
28/02/2021E L A N
10 mart 2021-ci il saat 16:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən “Cəbr və həndəsə”, “Diferensial və inteqral tənliklər”, “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedralarının birgə virtual elmi seminarında “Cəbr və həndəsə” kafedrasının doktorantı Kəmalə Mütalib qızı Vəliyevanın 1201.01 Cəbr ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qeyri-səlis modulların homologiyaları” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilər.
Dissertasiyanın qısa xülasəsi:
Qeyri-səlis cəbr cəbrin bir ümumiləşməsi olduğundan burdakı məsələlərin araşdırılması müasir cəbrdə çox aktual məsələlərdən biridir. Dissertsiya işində qeyri-səlis modullarda bir qrupun təsirini verərək yeni bir kateqoriya qurulur və bu kateqoriyanın xassələri öyrənilir. Burda alınan nəticələr qeyri-səlis qrupların təsvirlər nəzəriyyəsinin qurulmasına imkan verir, təsvirlər nəzəriyyəsi isə riyaziyyatda çox böyük əhəmiyyətə malikdir. Həmçinin intuitiv qeyri-səlis soft modulların genişlənməsi olan neytrosofik soft modullar kateqoriyası qurulur və cəbri strukturlarda ən vacib problemlərdən biri olan cəbri əməllərə görə qapalılıq problemi tərs limitin varlığı göstərilməklə tam həll olunur.
Soft çoxluqlarda qeyri-səlis topologiya və intuitiv qeyri-səlis topologiya Şostak mənada daxil edilir və yeni alınan topoloji fəzada baza, kəsilməzliklə bağlı araşdırmalar aparılmışdır.
Arzu edənlər dissertasiya ilə “Cəbr və həndəsə” kafedrasında ətraflı tanış ola bilərlər.
Dissertasiyanın əsas müddəaları və nəticələrinin çap olunduğu jurnalların linkləri aşağıdakılardır:
- International Mathematical Forum
http://www.m-hikari.com/.search?query=Sequences%20of
- Transactions of NAS of Azerbaijan, Issue Mathematics
http://trans.imm.az/volumes/40-1/4001-18.pdf
- Proceedings of the Institute of Mathematics and Mechanics
http://proc.imm.az/inpress/pimm0192.pdf