ELAN
01/12/202206 dekabr 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda “Ali riyaziyyat” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Sarvan Təhməz oğlu Hüseynov “Oblastın bir hissəsində kiçik parametrə görə müntəzəm cırlaşan (p,q)-Laplas tənliyinin həlləri üçün Harnak bərabərsizliyi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə iki fazalı mühitdə göstəricisi p(x) olan p(x)-Laplas tənliyinə baxılacaq. Klassik Harnak bərabərsizliyinin bütün oblast üçün doğru olmadığı göstəriləcək və oblastın bir hissəsində kiçik parametrə görə cırlaşan p(x)-Laplas tənliyinin mənfi olmayan həlləri üçün xüsusi tip Harnak bərabərsizliyi isbat olunacaq.
