Elan
05/10/202112 oktyabr 2021-ci il saat 12:00-da Mexanika-riyaziyyat fakültəsində növbəti ümumi elmi seminar keçiriləcəkdir. Seminarda “Riyazi analiz” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Mehrabov Vüqar Abdulla oğlu “Bir ucunda elastik bərkidilmiş inersial yük olan Eyler-Bernulli çubuğunun əyilmə rəqslərinin məxsusi tezlik və harmonikərinin xassələri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə bir ucu bərkidilmiş, digər ucunda isə c1 və c2 möhkəmliyi olan yaylarla elastik bərkidilmiş inersial yük olan Eyler-Bernulli çubuğunun əyilmə rəqslərini təsvir edən sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün spektral məsələ təqdim olunur. Baxılan məsələnin köklü alt fəzalarının strukturu, məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyalarının altsistemlərinin bazislik xassələri və bu altsistemlər üzrə spektral ayrılışlarının müntəzəm yığılması haqqında məlumat veriləcəkdir.