ELAN
06/04/2021“Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda növbəti ümumfakültə seminarı keçiriləcək
15 aprel 2021-ci il saat 11:00-də Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Diferensial daxilolmalar üçün ekstremal məsələdə yüksək tərtibli cərimə haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə diferensial daxilolmanın həllinin həyacanlanmadan kəsilməz asılılıq teoremindən istifadə olunaraq banax qiymətli mütləq kəsilməz funksiyalar fəzasında diferensial daxilolmalar üçün qabarıq olmayan ekstremal məsələlərdə yüksək tərtib dəqiq cərimə teoremləri müzakirə ediləcək. Məsafə tipli funksiyadan istifadə edərək - lokal Lipşis funksiyalar sinfində diferensial daxilolmalər üçün qabarıq olmayan ekstremal məsələ variasiya məsələsinə gətirilməsi və ekstremum üçün yüksək tərtib zəruri şərt alınması haqqında məlumat veriləcək. Belə ki, işdə istifadə olunan məsafə tipli funksiyaların - lokal Lipşis şərtini ödəməsi də göstəriləcək.