ELAN

08/02/2021

18 fevral 2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Riyazi analiz” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib requlyar Şturm sistemlərinin məxsusi funksiyalarının bazislik xassələri və spektral ayrılışlarının müntəzəm yığılması” mövzusunda məruzə edəcəkdir.

Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan olan bircins Eyler-Bernulli çubuğunun əyilmə rəqslərini təsvir edən  sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün spektral məsələ təqdim olunur. Baxılan məsələnin köklü alt fəzalarının strukturu, məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələri, məxsusi ədədləri və məxsusi funksiyaları üçün dəqiqləşdirilmiş asimptotik düsturlar, məxsusi funksiyalarının altsistemlərinin bazislik xassələri və bu altsistemlər üzrə spektral ayrılışlarının müntəzəm yığılması haqqında  məlumat veriləcəkdir.

Bookmark and Share