ELAN
10/01/202121 yanvar 2021-ci il tarixində saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcək. Seminarda dosent, f.-r.e.n., Elvin Əzizbəyov “Uzununa yayılan dalğa tənliyi üçün öz-özünə qoşma olmayan sərhəd şərtli tərs məsələ” mövzusunda çıxış edəcək.Məruzədə tərs məsələlər, onların təstnifatı və tətbiq sahələri haqqında danışılacaq. Əvvəlcə müəyyən düzbucaqlı oblastda uzununa yayılan dalğa tənliyi üçün qeyri-lokal başlanğıc şərtli və öz-özünə qoşma olmayan sərhəd şərtli tərs sərhəd məsələsinin qoyuluşu və həmin məsələnin klassik həllinin tərifi veriləcəkdir. Sonra isə baxılan məsələ ona ekvivalent olan sərhəd məsələsinə gətirilərək, sıxılmış inikas prinsipinin köməyi ilə uyğun köməkçi məsələnin həllinin varlığı və yeganəliyi göstəriləcəkdir. Nəhayət, bu ekvivalentlikdən istifadə etməklə baxılan məsələnin klassik həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat ediləcəkdir.