E L A N
14/12/202220 dekabr 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun Tərs Məsələlər və Obrazların Tanınması şöbəsinin müdiri, f.-r.e.d., professor Etibar Sədi oğlu Pənahov “Diferensial operator üçün spektral nəzəriyyənin bəzi tərs məsələləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə spektral verilənlərə görə müxtəlif tərs məsələlərin qısa tarixçəsi veriləcəkdir. Qismən üst-üstə düşməyən iki spektrə görə; bir spektr və qismən verilən potensiala görə; Hoxştadt – Liberman, Levitan, Maçazuki-Troşin və s. növ tərs məsələlərə baxılacaqdır. Sinqulyar operatorlar üçün çevirmə operatorları araşdırılacaqdır. Dirak və diffuziya operatorları üçün bəzi tərs məsələlər həll ediləcəkdir.