ELAN
16/04/2021“Reper laylanmalarının diferensial-həndəsi strukturları” mövzusunda növbəti ümumfakültə seminarı keçiriləcək
29 aprel 2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Cəbr və həndəsə” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Habil dövlət oğlu Fəttayev “Reper laylanmalarının diferensial-həndəsi strukturları” mövzusunda məruzə edəcəkdir.
Məruzədə tədqiqat obyekti kimi koreperlərin və (1,1) tipli tenzor reperlərinin əmələ gətirdiyi laylanmalara baxılacaq. Hamar çoxobrazlı üzərində diferensiallanma, onun ayrılış düsturu, diferensiallanmaların koreper laylanmasına tam və horizontal liftlərinin təyin olunması, xüsusi hal kimi, kovariant diferensiallanmaların liftlərinin xassələri, (1,1) tipli tenzor reperlərinin laylanmasında Sasaki metrikasının təyin olunması, bu metrikanın Levi-Çivita rabitəsinin xassələri, afin rabitənin horizontal liftinin qurulması haqqında məlumat veriləcəkdir.