ELAN

22/02/2021

4 mart 2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə  doktoru Miqdad İmdad oğlu İsmayılov  “Qrand Hardi siniflərində Riman sərhəd məsələlərinin həll olunanlığı və həyacanlanmış eksponent sistemin bazisliyi haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə qrand Hardi fəzalarında Riman sərhəd məsələlərinin həll olunanlığı və həyacanlanmış eksponent sistemin bazisliyi tədqiq olunur. Bircins və qeyri bircins Riman sərhəd məsələlərinin həll olunanlığı üçün tapılmış şərtlər haqqında məlumat verilir. Həmçinin qrand Lebeq fəzaları separabel fəza olmadıqlarından  burada sürüşmə operatorunun təyin etdiyi  alt fəzası  ilə yanaşı  qrand Hardi fəzalarının uyğun alt fəzalarında Riman sərhəd məsələlərinin həll olunanlığı və bu nəticələri tətbiq etməklə  belə alt fəzalarda həyacanlanmış eksponent sistemin bazislik xassələri haqqında məlumat verilir.

Bookmark and Share