ELAN

23/02/2021

E L A N

5 mart 2021-ci il saat 16:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən “Cəbr və həndəsə”, “Differensial və inteqral tənliklər”, “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedralarının birgə virtual elmi seminarında “Cəbr və həndəsə” kafedrasının doktorantı Səbuhi Eldar oğlu Abdullayev 1210.01 Cəbr ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Li cəbroid və qruppoidləri və qeyri səlis modullar kateqoriyasinda  funktorlarin xassələri” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.

Arzu edənlər iştirak edə bilər.

Dissertasiyanın qısa xülasəsi:

Bir çox tətbiqi məsələlərin həll edilməsində riyaziyyatın klassik üsulları kifayət  etmir. Buna görə də belə məsələlərin həlli ilə əlaqədar olaraq müxtəlif qeyri ənənəvi nəzəriyyələr qurulmuşdur. Bu nəzəriyyələr demək olan ki, riyaziyyatın bütün sahələrində tətbiq olunmuşdur. Topologiyada və cəbrdə bununla bağlı yeni kateqoriyalar yaradılıb və riyaziyyatın ən vacib məsələlərdən biri olan kateqoriyalarda qapalılıq problemi araşdırılıb. Dissertasiya işində soft modullar kateqoriyasında qeyri səlis qaba, yumşaq, nəzəriyyələri qurulmuşdur. Göstərilən problemlərin bəzilərinin həllərinə bu dissertasiyada toxunulub.

Soft modullar və qeyri-səlis soft modullar kateqoriyasında universal əmsallar haqqında teoremlə isbat olunub,  soft topoloji fəzalar kateqoriyasında Çex homoloji nəzəriyyə qurulub. Bununla cəbri topologiyanın qeyri-səlis çoxluqlarda tətbiqi verilmişdir. Daha sonra soft modullar kateqoriyasında universal əmsallar haqqında teoremlər isbat edtilmişdir. Neytrosofik soft modullar kateqoriyasında universal əmsal teoremi isbat edilib.

Digər tərəfdən müxtəlif qeyri-səlis modullar kateqoriyasında  qapalılıq problemləri araşdırılır. Soft modullar kateqoriyasinda tərs limitin törəmə funktoru verilib və burada tərs limitin bəzi xassələri göstərilmişdir. İntuitiv qeyri-səlis soft modullar kateqoriyasında tərs sistem anlayışı verilib, teoremlər isbat olunub. Elecə də, düz limitin varlığı haqqında teroremlər isbat edilir. Neytrosofik Li cəbrləri və neytrosofik soft Li cəbrləri öyrənilir. III fəslin 1-ci alt başlığında Neytrosofik Li cəbrləri və onların xassələri öyrənilir. Li cəbrləri, Lİ cəbroidləri və qruppoidləri ətraflı tətqiq edilir.

Arzu edənlər dissertasiya ilə “Cəbr və həndəsə” kafedrasında ətraflı tanış ola bilərlər.

Dissertasiyanın əsas müddəaları və nəticələrinin çap ounduğu jurnalların linkləri aşağıdakılardır:

 

1.Proceedings of the Institute of Mathematics and Mechanics

http://proc.imm.az/volumes/44-2/44-02-09.pdf

 

2.Transactions of  NAS of Azerbaijan

http://trans.imm.az/volumes/40-1/4001-05.pdf

3.Journal of Advances in Mathematics

https://rajpub.com/index.php/jam

4.International Mathematical Forum

http://www.m-hikari.com/imf.html

Bookmark and Share