ELAN

23/03/2021

01 aprel  2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Hesablama riyaziyyatı” kafedrasının professoru, riyaziyyat elmləri doktoru Vaqif  Rza oğlu İbrahimov “ II növ Volter inteqral tənliyinin həllinə sabit əmsallı çoxaddımlı üsulların tətbiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə II növ Volter inteqral tənliyinin ədədi həllinə sabit əmsallı çoxaddımlı üsulların tətbiqi tədqiq olunur. Bu məqsədlə təklif olunan ədədi üsul məlum kvadratur üsullarla müqayisə olunaraq onların müsbət və mənfi cəhətləri araşdırılır və  prioritet istiqamət müəyyənləşdirilir. Alınan nəticəyə uyğun olaraq yüksək dəqiqliyə malik ədədi üsulun qurulmasına baxılır.

Bookmark and Share