Elm Gənclərin sosial-intellektual inkişafına dəstək
21/05/2016Bakı Dövlət Universiteti Mexanika-Riyaziyyat fakültəsi Tələbə Gənclər Təşkilatının,Elm Gənclərin sosial-intellektual inkişafına dəstək İctimai Birliyinin və Master Academy Tədris Mərkəzinin dəstəyi ilə 21.05.2016 tarixində Mexanika-Riyaziyyat fakültəsində "Nə? Harda? Nə zaman?" (Riyaziyyat) intellektual yarışı keçirilmişdir. Yarışda "İnteqral", Matris, Xəmsə, Myöbius, Gənc Riyaziyyatçılar, Differensial, Only girls,Sinus, Alfa və Pi komandaları iştirak etmişdir. Yarışda gərgin mübarizədən sonra 18 düzgün sualla "İnteqral" komandası 1-ci yerin qalibi oldu. 2-ci yerin qalibi yarışmada ilk dəfə olaraq iştirak etməsinə baxmayaraq gözəl oyun nümayiş etdirən və 14 suala düzgün cavab verən "Matris" komandası oldu. 3-cü yerin qalibi isə 13 düzgün sualla "Xəmsə" komandası oldu. Qalan komandalar aşağıdakı yerləri bölüşdürürlər: Myöbius 11 Gənc Riyaziyyatçılar 11 Differensial 10 Only gils 7 Sinus 5 Alfa 5 Pi 4 Sonda qaliblərin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə Mexanika Riyaziyyat fakültəsinin dekanı Nizaməddin müəllim və Cəbr-Həndəsə kafedrasının müəllimi, Elm Gənclərin sosial-intellektual inkişafına dəstək İctimai Birliyinin sədri və Master Academy Tədris Mərkəzinin yaradıcısı Səbuhi müəllim iştirak etmişlər, qalibləri təbrik edib və öz ürək sözlərini deyiblər. İntellektual yarışmasında "Ən yaxşı" oyunçu seçildiyi üçün Muradova Zərxanım "Master Akademy" Tədris Mərkəzi tərəfindən seçdiyi proqram üzrə PULSUZ şəkildə təhsil almaq imkanı əldə etdi. Qaliblərlə xatirə fotosu çəkilmişdir.