Elmi Şura qarşısında hesabat

05/11/2017

Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov Elmi Şura qarşısında hesabat verib

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Şuranın gündəliyini elan edən rektor, akademik Abel Məhərrəmov universitetin 100 illik yubileyinə hazırlıq haqqında məlumat verib, görülən işlərdən danışıb.
Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov və Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında hesabat ilə çıxış ediblər.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.
Elmi Şuranın iclasında elmi adların verilməsi, yubilyarların təbrik edilməsi kimi məsələlərə də baxılıb.

Şahin Ağazadə

Bookmark and Share