Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

12/02/2015

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qış imtahansessiyasının nəticələri və Aropa oyunları ilə əlaqədar olaraq pedaqoji və istehsalat təcrübələrinin təşkili haqqında  məruzə ilə çıxış edib.

Sonra Emi-tədqiqat hissəsinin rəisi, professor İzzət Əfəndiyeva Elmi Tədqiqat Hissəsinin hesabatını təqdim edib. Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanlı fakültənin tədris və elmi uğurları, yerinə yetirilən tədqiqat işləri, yerli və xarici məqalələrin statistikası, fakültənin bir illik iş qrafiki və s. haqqında məlumat verib. Həmçinin müsabiqənin keçirilməsi və cari məsələlər barədə müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 12 fevral 2015-ci il.

Bookmark and Share