Elmi Şuranın növbəti iclası keçirilib
02/02/2016Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının ilkin nəticələrindən danışıb. Prorektor respublikada həyata keçirilən islahatlar ilə əlaqədar BDU-da aparılması nəzərdə tutulan struktur islahatlar barədə də məlumat verib.
Daha sonra Bakı Dövlət Universitetinin Nəşriyyat direktoru İslam Şirinov “Bakı Universiteti” nəşriyyatının fəaliyyəti barədə ətraflı məlumat verib.
Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə isə tədris vəsaitlərinə nəşr hüququ verilməsinin əhəmiyyəti barədə fikirlərini bildirib. Cari məsələlər müzakirə edildikdən sonra alimlərə elmi adlar verilib.
Mətbuat və informasiya şöbəsi, 03 fevral 2016-cı il.