Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini BDU-da

19/05/2015

Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayıb, ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çexiya universitetləri arasındakı əməkdaşlıqdan, tələbə - müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib. Sonra cənab Petr Drulak  çıxış edərək iştirakçıları salamlayıb, Bakı Dövlət Universitetində keçirilən bu görüşün əhəmiyyətindən söz açıb, Çexiya- Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.

Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 19 may 2015-ci il.

Bookmark and Share