Fakültə elmi seminarı davam edir
15/03/2022Bu gün saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində fakültənin elmi seminarı keçirildi. Seminarda Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dissertantı Qasımova Günel Mirbala qızı “Elliptik tip operator differensial tənliklərin həll olunma məsələlərinin tədqiqi”mövzusunda məruzə etdi.
Seminarda fakültənin aparıcı alimləri iştirak etdilər və məruzə onların böyük marağına səbəb oldu. Professorlar Ziyatxan Əliyev, Əli Əhmədov, Nizaməddin İsgəndərov, Arif Səlimov, Hamlet Quliyev onları maraqlandıran məqamlarla bağlı suallar verdilər və verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.