Fakültə Elmi Seminarı Keçirildi

29/03/2022

Bu gün saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində fakültənin elmi seminarı keçirildi.

Seminarda  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor  Fərman İmran oğlu Məmmədov  “Cırlaşan parabolik tənliklərin bəzi keyfiyyət xassələri haqqinda” mövzusunda məruzə etdi.

Seminarda fakültənin aparıcı alimləri, doktorantlar, magistrlər iştirak etdilər və məruzə onların böyük marağına səbəb oldu. Professorlar Ziyatxan Əliyev, Arif Səlimov, Hamlet Quliyev, dosentlər Rəşid Əliyev, Fuad Abdullayev, Şirmayıl Bağırov məsələnin qoyuluşu və yeni alınan nəticələrlə bağlı suallar verdilər və verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.

 

Bookmark and Share