Fakltənin əməkdaşı beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib və konfransın Elm Komitəsinin üzvü seçilib
28/06/2019Cəbr və həndəsə kafedrasının müdiri prof. Arif Səlimov Türkiyənin Erzincan şəhərində iyun ayının 19-22 tarixində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda “Dəvətli məruzəçi (Invited Speaker)” kimi iştirak edib və “Holomorphic manifolds over algebras and their applications” adlı məruzə ilə çıxış edib. Bundan başqa o həm də konfransın Elm Komitəsinin üzvü seçilib. Konfransda müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimləri iştirak edib. İştirakçilar tərəfindən müasir həndəsənin müxtəlif istiqamətlərində aktual mövzular üzrə məruzələr təqdim olunub. Arif Səlimovun məruzəsində diferensial-həndəsi obyektlərin lift problemlərinə cəbrlər üzərində qurulmuş çoxobrazlıların vasitəsilə yeni yaxınlaşma metodundan bəhs olunub. Məruzə üzrə diskusiyalarda prof. C.-L. Bejan (Rumıniya), prof. H. Hacısalihoğlu (Türkiyə) və başqaları iştirak ediblər, gələcəkdə bu istiqamətdə ortaq çalışmalar üçün təkliflər verilib. Dr. Furkan Yildirim (Türkiyə) məruzənin mövzusu ilə əlaqəli hazırlayacağı TÜBİTAK 1001 layihəsinə xarici elmi məsləhətçi Arif Səlimovu dəvət edib. Onu da qeyd edək ki, məruzənin bir hissəsi məruzəçinin “Clarivate Analytics” bazasına daxil olan “Chin. Ann. Math. Ser. B” və “Mediterr. J. Math.” jurnallarında 2019-cu ildə çap olunmuş məqalələri əsasında hazırlanmışdı.