Fakültədə elmi seminarlar davam edir
06/04/2022- 12 aprel 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-ci auditoriyada elmi seminar keçiriləcəkdir. Seminarda Mexanika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat elmləri doktoru, professor Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtinə spektral parametr daxil olan bəzi dördüncü tərtib qeyri-xətti məxsusi qiymət məsələlərinin sonsuzluqdan bifurkasiyası haqqında qlobal nəticələr” mövzusunda məruzə edəcəkdir.
İşdə sərhəd şərtinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələsinə baxılır. Məsələnin həllərinin sonsuzluqdan budaqlanan kontinuumlarının strukturları və özlərini necə aparmaları tətqiq olunur.
