Fakültədə fakültənin elmi seminarı keçirildi

15/02/2022

Bu gün saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində fakültənin elmi seminarı keçirildi. Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əli oğlu Əliyev “Kompleks parametrli ikinci tərtib elliptik tip diferensial-operator tənliklər üçün operator sərhəd şərtli sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə etdi. Seminarda fakültənin aparıcı alimləri iştirak etdilər və məruzə onların böyük marağına səbəb oldu. Professorlar Ziyatxan Əliyev, Əli Əhmədov, Hamlet Quliyev, riyaziyyat elmləri doktoru Telman Qasımovun verdikləri suallar canlı diskussiyaya səbəb oldu və verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.

Bookmark and Share