FAKÜLTƏDƏ İTKİ ÜZ VERİB

13/08/2021

Azərbaycanda keçmiş deputat vəfat etdi

Bakı Dövlət Universitetinin dosenti Tofiq Hüseynov vəfat edib.

Milli.Az xəbər verir ki, BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

Qeyd edək ki, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

1981-ci ildə "Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1999-2000-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olmuşdur.

2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bookmark and Share