Fakültəsində elmi seminar keçirildi
10/05/202210 may 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində elmi seminar keçirilmişdir. Seminarda “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Şakir Şıxı oğlu Yusubov “Dominant qarışıq törəməli tənliklər üçün lokal və lokal olmayan sərhəd məsələləri” mövzusunda məruzə etdi.
Məruzə dominant qarışıq törəməli müxtəlif tərtibli diferensial tənliklər üçün qoyulmuş lokal və lokal olmayan sərhəd məsələlərinin korrekt həll olunmasına həsr olunmuşdur.