Fakültəyə qəbul olmuş I kurs tələbələri

04/11/2020

Mexanika-riyaziyyat  fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə onlayn görüş keçirilib.Fakültənin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi virtual görüşdə dekan Nizaməddin İsgəndərov Universitetə qəbul olunmuş tələbələri bu münasibətlə təbrik edərək, fakültə və seçdikləri ixtisas haqqında ətraflı məlumat verib, fakültədə tələbələr üçün yaradılmış əlverişli şəraitdən bəhs edib. Ölkədə yüksəkixtisaslı riyaziyyatçıların hazırlanmasında mühüm rol oynayan BDU-nun Mexanika-riyaziyyat  fakültəsinin birincilərdən olmasını vurğulayıb. Onlayn görüşdə iştriak edən dekan müavini Etibar Əhmədov da öz növbələrində, BDU-dakı mövcud təhsil və tədris sistemi, Boloniya prosesi, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi, imtahanların təşkili, dərs cədvəli, mühazirələr, məşğələlər və digər məsələlərlə bağlı tələbələrə ətraflı məlumat verib.Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Bookmark and Share