“Gənc istedadlar” liseyində pedaqoji təcrübənin yekun konfransı keçirilib
30/04/2015Bakı Dövlət Universiteti tələbələrinin “Gənc istedadlar” liseyində keçdikləri pedaqoji təcrübənin yekun konfransı keçirilib. Tədbiri giriş sözü ilə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açıb. Konfransın əhəmiyyətindən danışan prorektor İradə Əliyeva tələbələrin işini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
BDU-nun sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Azadə Əlizadə “Qiymətləndirmənin pedaqoji və psixoloji tərəfləri”, filologiya fakültəsinin IV kurs tələbəsi Şəfəq Muradova “Tədris proresində yeni təlim metodlarından istifadə”, kimya fakültəsinin IV kurs tələbəsi Sahilə İzzətli “Müəllim şərəfli peşədir”, coğrafiya fakültəsinin IV kurs tələbəsi Səadət Sadiqova “Coğrafiya kurikulumlarında məzmun standartlarının təhlili”, fizika fakültəsinin IV kurs tələbəsi Aytən Kərimova “Fizika dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans professorlar - Ləzifə Qasımova, Qasım Hüseynov, Məmməd Yaqublu, dosent Hüseyn Əsgərovun çıxışı və müzakirələrlə başa çatıb.
Mətbuat və informasiya şöbəsi 30 aprel 2015-ci il.