“Gənc istedadlar” liseyində “Son zəng”
29/05/2015Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” keçirilib. Rektor, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edib, hər il olduğu kimi bu il də liseyi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə inandığını bildirib.
Rektor liyesin 8 illik fəaliyyət dövründən danışıb, məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil aldığını vurğulayıb. Akademik Abel Məhərrəmov liseyin məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib, onları bir daha təbirik edib.
Liseyin direktoru, professor Qasım Hüseynov bu il 57 nəfər məzunu olan lisey direktoru onların da yüksək bal toplayıb istədikləri ali məktəblərə qəbul olacağına inandığını bildirib.
Daha sonra valideynlər adından Sənan Babayev, məzunlar adından keçən il 695 balla ən yüksək nəticə göstərən məzun Mustafa Hacıyev çıxış edib.
Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla davam edib.
Mətbuat və İnformasiya şöbəsi, 29 may 2015-cü il.