Gənc İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib
18/01/2016Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən «Gənc  İstedadlar» liseyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.  Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirsəini 1 dəqiqəlik  sükutla yad ediblər.
 20 Yanvar faciəsinin Azərbaycan xalqının qan  yaddaşına yazılmış qəhrəmanlıq salnaməsi olduğunu deyən liseyin  direktoru, professor Qasım Hüseynov yanvar gecəsində Azərbaycan xalqının  öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dəhşətlərindən  bəhs edib. 
 Sonra BDU-nun dosenti Nuru Məmmmədov məruzə edib.  Tarixçinin maraqlı məruzəsindən məlum olub ki, son arxiv araşdırmalara  görə, yanvar olaylarında əslində 147 respublika vətəndaşı şəhid olub.
Daha sonar liseyin 7 A sinif şagirdləri Abbas Cavidan, Ləman İsmayılova və Məsmə Fərhadova 20 Yanvar hadisəsi ilə bağlı şeirlər söyləyiblər.
Mətbuat və informasiya şöbəsi, 18 yanvar 2016-cı il.
 
                        


