"Heydər Əliyev gənclər siyasətinin banisidir" mövzusunda onlayn dəyirmi masa keçirilib

06/05/2021

Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat, Geologiya, Filologiya və Coğrafiya fakültələrinin birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev gənclər siyasətinin banisidir" mövzusunda onlayn dəyirmi masa keçirilib.

Moderator, BDU-nun Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev tədbirin əhəmiyyətindən, ölkəmizdə gənclər siyasəti haqqında məlumat verib.

Tədbiri giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə gənclər siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan gənclərinin daima dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir.

Daha sonra Milli Məclisin üzvləri Ramin Məmmədov, Elnur Allahverdiyev, “İki Sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə,  BDU-nun Geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyevin çıxış etmişdir

 

 

Bookmark and Share