Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü

05/05/2014

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndərin 91 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. BDU da bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir. Hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxt olur ki, bi siyasi kurs ölkədə uğurla davam etdirlir. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.

Bookmark and Share