Həmkarlar Təşkilatının iclası keçirilib

17/11/2015

11 noyabr 2015-cil il tarixində BDU Həmkarlar Təşkilatının iclası keçirilib. Həmkarlar Təşkilatının sədri, dosent Fikrət Şiriyev iclasda iştirak edən qonaqları və universitet əməkdaşlarını salamlayıb və iclasda müzakirə ediləcək məsələlər barədə məlumat verib. Məlum olub ki, hər il olduğu kimi bu il də universitetdə “Yeni il” şənliyi keçiriləcək, universitet əməkdaşlarının övladlarının iştirakə təmin ediləcək. Onlar üçün müxtəlif hədiyyələr, maraqlı əyləncələr təşkil ediləcək. Məsələ ətrafında iclas üzvlərindən A.Qasımov, A.Xələfov, F.Sadıqov, Ə.Dadaşov, Ə.Həsənəliyev Y.Qaraşova, T.Əkbərova çıxış edərək yeni il şənliyindən razı qaldıqlarını bildiriblər. Fikrət Şiriyev Həmkarlar Təşkilatı tərəfindən universitetin yeni telefon məlumat kitabçasının  çapdan çıxdığını da bildirib.

Sonda Fikrət Şiriyev iclas iştirakçılarına öz təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2015-ci il

Bookmark and Share