Kafedra müdiri Beynəlxalq konfransda

22/09/2014

Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, dosent Vaqif Qasımov  Yunanıstanın Nafpaktos şəhərində keçirilən “Beynəlxalq Topologiya və Onun Tətbiqləri” adlı konfransda  “Li cəbroidlərində kaplinqlərə ümumi maneələr” və Koreya Respublikasının paytaxti Seul şəhərində dörd ildən bir keçirilən Riyaziyyatçıların Beynəlxalq Konqresində “Tranzitiv Li cəbroidlərində Makkenzi maneələri” mövzusunda məruzə edib.

Hər iki məruzə müasir riyaziyyatin ən aktual mövzularından olan Li cəbroidləri, Li qruppoidləri və onların kohomoloji qruplarının hesablanması məsələlərinə həsr olunub.

Bookmark and Share