Kafedra müdiri İstanbulda beynəlxalq konfransda

31/03/2019

Nəzəri mexanika və bütöv mühit mexanikasının kafedra müdiri Sevdimaliyev Y.M İstanbul şəhərindəki Istanbul Gelişim Universitetində keçirilən Tətbiqi analiz və riyazi modelləşdirmə problemlərinə həsr olunmuş “ICAAMM 2019” adlı beynəlxalq konfransda iştirak etmişdir. O, konfransda  məruzə ilə çıxış etmiş və elmi müzakirələrə qatılmışdır.

Ezamiyyə tapşırığına əsasən Istanbul Yıldız Texniki Universiteti və İstanbul Gelişim Universitetinin bir qrup professor  və doktorları  ilə birgə əməkdaşlıq  haqqında  müzakirələr  aparılmışdır. Istanbul Yıldız Texniki Universitetinin Texnoparkının fəaliyyəti haqqında, kimya- metallurgiya və matematik-mühəndislik bölümlərində təhsil və elmi istiqamətlər üzrə professorlar və mütəxəssislərlə fikir mübadiləsi olmuşdur.

Söhbətlərdə AMEA-nın müxbir üzvü, Istanbul Yıldız Texniki Universitetinin  professoru  S.Əkbərov,  AMEA-nın həqiqi üzvü,  BDU-nun professor əvəzi H. Quliyev , Istanbul Yıldız Texniki Universitetinin  professoru Nazmiyə Yahnioğlu və konfransın təşkilat komitəsinin sədri , Istanbul Gelişim Universitetinin  professoru Mustafa Bayram iştirak etdilər.

Sevdimaliyev Y.M BDU-nun 100 illik yubileyi və BDU-da keçiriləcək  8-ci Beynəlxalq  Avrasiya Konfransı  (IECMSA-2019) haqqında iştirakçıları məlumatlandırmışdır.

 

Bookmark and Share