“Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda məruzə
01/03/2022Bu gün saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində fakültənin elmi seminarı keçirildi. Seminarda AMEA-nın müxbir üzvü , texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin müdiri, professor Pənahov Qeylani Minhac oğlu “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda məruzə etdi.
Seminarda fakültənin aparıcı alimləri iştirak etdilər və məruzə onların böyük marağına səbəb oldu. Professorlar Ziyatxan Əliyev, Vaqif Ibrahimov, Arif Səlimov, dosentlər Yusif Sevdimalıyev, Şirmayıl Bağırov onları maraqlandıran məqamlarla bağlı suallar verdilər və verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırıldı.