“Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda məruzə ilə çıxış ediləcək

01/01/1970

01 mart 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-cı auditoriyada  elmi seminar keçiriləcəkdir. Seminarda AMEA-nın müxbir üzvü , texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, professor Pənahov Qeylani Minhac oğlu “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda məruzə edəcəkdir.

Çıxışda karbohidrogenlərin axın və süzülmələrində yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, bu istiqamətlərdə effektivliyi artırmaq üçün yaradılan yeni innovativ texnologiyalar təklif olunaraq, onların müəyyən sənaye obyektlərində tətbiq olunma sahələrinin coğrafiyası verilir.

Bookmark and Share